Əsas Səhifə > Fotoqalareya > Tanınmış taekvondoçu olmaq istəyir

Tanınmış taekvondoçu olmaq istəyir


6-09-2017, 15:33


Aysel Xeyrullayeva 2006-cı ildə Samaxı şəhərində anadan olub. Şəhriyar qəsəbə orta məktəbində VI sinifdə oxuyur. Təhsilin davam etdirə-etdirə taekvondo ilə də məşğul olur.

BrendSport.az xəbər verir ki, 2015-ci ildə Sumqayıt şəhərində təşkil olunmuş taekvondo üzrə ümummilli lider Heyder Əliyevin xatirəsinə həsr olunmuş Ümumrespublika yarışının çempionudur.

Ümmiyyətlə, Aysel bu günə qədər 15 yarışda istirak edib və bunların 8-də qalib olub. Digər 4 döyüşdə isə II yerə layiq görülüb.

Aysel 3 ildir taekvondo ilə məşğuldur və artıq qırmızı kəmər sahibidir. Ayselin ən böyük arzusu tanınmış taekvondoçu olmaqdır. Bu sahədə ona atası Səxavət bəy və nənəsi Malikə xanım böyük dəstək verirlər.

Əliqasım Məmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi


Geri qayıt