Əsas Səhifə > Fotoqalareya > Qolovin "Çelsi"li oldu

Qolovin "Çelsi"li oldu


9-07-2018, 17:57


"Çelsi" yeni transferini reallaşdırıb. London klubu Moskva ÇSKA-sının futbolçusu Aleksandr Qolovini heyətinə qatıb. Bu barədə klubun sabiq baş məşqçisi Valeri Qazzayev məlumat verib.

O bildirib ki, "zadəganlar" keçidi artıq həll ediblər. Premyer Liqa təmsilçisi 22 yaşlı futbolçu üçün qarşı tərəfə 27 milyon avro təzminat ödəyəcək.

Aleksandr Qolovin dünya çempionatındakı çıxışı ilə diqqətləri üzərinə çəkib. Onun xidmətində "Arsenal" və "Yuventus" da maraqlı idi.
Geri qayıt