Əsas Səhifə > Fotoqalareya > Çeçenistanda Salaha fəxri ad verildi
Çeçenistanda Salaha fəxri ad verildi23-06-2018, 15:26 |
Misir millisinin üzvü Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb. Salaha bu nükafatı Çeçenistanın başçısı Ramzan Kadırov təqdim edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım. Misir yığmasının şərəfinə verdiyim təntənəli şam yeməyində mən Məhəmməd Salaha fərmanın surətini və döş nişanını təqdim etdim. Bu, layiqli addır". Kadırovun sözlərinə görə, minlərlə uşaq, yeniyetmə və yaşlı insan dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətdə olmaq imkanı qazanıb. O, Çeçenistanın "Ahmat" klubunun Misir yığması ilə Qroznıda nə vaxtsa yoldaşlıq görüşü keçirəcəyinə əminlik ifadə edib. Misir yığması dünya çempionatındakı ilk 2 oyununda Uruqvaya 0:1, Rusiyaya isə 1:3 hesabı ilə uduzaraq, qrupda qalıb. Geri qayıt |