Əsas Səhifə > Fotoqalareya > Dünya çempionatında uğur qazanan cüdoçularımız Bakıda

Dünya çempionatında uğur qazanan cüdoçularımız Bakıda


4-09-2017, 13:29


Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Federasiyanın rəsmi saytının xəbərinə görə, mötəbər yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar.










Apasport
Geri qayıt