Əsas Səhifə > Fotoqalareya > Güləş üzrə milli komandalar fizioterapistlərlə təmin olunacaq

Güləş üzrə milli komandalar fizioterapistlərlə təmin olunacaq


Bu gün, 12:27


Oktyabrın 21-də güləş üzrə milli komandalarında gənc fizioterapistlərin təqdimat mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, görüşdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər.

Tədbirdə məşqçilər və fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi məsələləri görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə milli komandaların məşq prosesinə cəlb olunması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi vurğulanıb.

Proqram çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandalarda çalışan peşəkar həmkarlarının təcrübəsindən yararlanacaqlar. ASA ilə birgə həyata keçirilən bu layihə nəticəsində ilk dəfə olaraq bütün yaş qrupları üzrə milli komandalar fizioterapistlərlə təmin ediləcək.

Qeyd edək ki, praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə fərqlənən tələbələrin gələcəkdə daimi işlə təmin olunması nəzərdə tutulur.












Geri qayıt