Əsas Səhifə > Fotoqalareya > Salah Ramosa cavab verdi

Salah Ramosa cavab verdi


10-06-2018, 13:36


Çempionlar Liqasının finalında Ramosla mübarizədə zədələnən misirli futbolçu Mohammed Salah hələ də müzakirə olunan hadisə ilə bağlı fikirlərini deyib.

Futbolçu "Marka"ya açıqlamasında Ramosun cavabını verib. Həmin oyundan sonra ispan müdafiəçi "Əvvəlcə o mənim qoluma girdi. Daha sonra yerdə qaldı. Fasilədə iynə vurulsaydı oyuna davam edə bilərdi" sözlərini söyləyib.

"Liverpul"un ulduzu isə bunu gülməli adlandıraraq "Bəlkə Ramos, dünya çempionatında oynayıb oynamayacağımı da söyləyər" deyərək həmkarına ironiyalı şəkildə cavab verib.
Geri qayıt