Əsas Səhifə > Fotoqalareya > Ronaldo haqda yeni iddia

Ronaldo haqda yeni iddia


8-06-2018, 22:39


"Real"ın futbolçusu Kriştiano Ronaldo haqda növbəti iddia yayılıb.

"Marca"nın yaydığı xəbərə görə, "Yuventus"un portuqaliyalı hücumçu ilə maraqlandığı bildirilib. Turin klubunun Ronaldo ilə hələ Çempionlar Liqasının 1/4 finalında "Real"a 0:3 hesabı ilə uduzduğu oyundan sonra danışıqlara başladığı vurğulanıb. Onun "Yuventus"a keçə biləcəyini qeyd olunub.

Xatırladaq ki, İspaniya mətbuatı Ronaldonun "Real"dan ayrılmağa qərar verdiyini yazıb. Onunla PSJ, "Mançester Yunayted", "Mançester Siti" və "Bavariya"nın maraqlandığı iddia olunur.
Geri qayıt