Əsas Səhifə > Fotoqalareya > Azərbaycan İdman Akademiyası və Güləş Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan İdman Akademiyası və Güləş Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb


Bu gün, 17:42


Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

BrendSport.az
xəbər verir ki, Akademiyanın rektoru Fuad Hacıyevin də iştirak etdiyi tədbirdə Memorandum tədris işləri üzrə prorektor Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev tərəfindən imzalanıb. Anlaşmanın əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, güləş idman növünün inkişafına və kütləviləşdirilməsinə, eləcə də yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərilməsidir.

Memorandum çərçivəsində idmançıların, məşqçilərin, hakimlərin və digər idman mütəxəssislərinin peşəkar hazırlığı və inkişafı, tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması, birgə yarış, seminar, təlim və ustad dərslərin təşkili, həmçinin tədqiqatların aparılması istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum ASA-nın tədris, elm və ömür boyu təhsil imkanları ilə AGF-nin idman infrastrukturu və praktiki təcrübəsindən qarşılıqlı istifadəyə, istedadlı və perspektivli idmançıların müəyyənləşdirilməsi və inkişafına, tələbə və gənclərin idmana cəlb olunmasına imkan yaradır.





Geri qayıt