Əsas Səhifə > Fotoqalareya > Dünya və Avropa çempionu olan futbolçu Avstraliyada klubunu dəyişib
Dünya və Avropa çempionu olan futbolçu Avstraliyada klubunu dəyişibBu gün, 11:49 |
![]() İspaniya millisinin sabiq futbolçusu Xuan Mata Avstraliyada klubunu dəyişib. BrendSport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ölkənin digər təmsilçisi “Melbörn Viktori" komandasına keçib. Təcrübəli futbolçu bundan əvvəl “Sidney Uonderers”də çıxış edib. Qeyd edək ki, Xuan Mata karyerası ərzində “Real Madrid”, “Valensiya” (hər ikisi İspaniya), “Çelsi, “Mançester Yunayted” (hər ikisi İngiltərə) və “Qalatasaray”ın (Türkiyə) formasını geyinib. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Geri qayıt |