Əsas Səhifə > Fotoqalareya > Ardaya rekord cəza - hakimi ölümlə hədələdiyinə görə
Ardaya rekord cəza - hakimi ölümlə hədələdiyinə görə10-05-2018, 22:32 |
“Başakşəhər”in və Türkiyə milli komandasının futbolçusu Arda Turan cəzalandırılıb. Ulduz oyunçu 16 oyun yaşıl meydanlardan kənarda qalacaq. Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında İstanbul klubunda forma geyinən yarımmüdafiəçi Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la matçda baş hakimə hücum etdiyi üçün 10, yan xətt hakimini ölümlə hədələdiyi üçün 3 və həmçinin təhqir etdiyi üçün daha 3 oyun cəza alıb. O, həmçinin 39 min lirə cərimə də ödəyəcək. Geri qayıt |