Əsas Səhifə > Fotoqalareya > Norveç millisinin futbolçusu "Qarabağ"da

Norveç millisinin futbolçusu "Qarabağ"da


1-09-2017, 23:03


“Qarabağ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun saytının yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Olimpiakos”un yarımmüdafiəçisi Tarik El Yunussini icarəyə götürüb. Norveç millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında “Qarabağ”da oynayacaq. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında oynayıb. Ötən ilin yayında isə El Yunussi “Olimpiakos”atransfer olunub. Norveç millisi ilə 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

Xatırladaq ki, Enrike "Qarabağ"ın yay transfer pəncərəsində etdiyi 7-ci transferdir. Ağdam klubu buna qədər Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski ("Şaxtyor"), Yakub Rzejniçak ("Legiya"), Donald Gerye ("Alanyaspor") və Ramil Şeydayev ("Trabzonspor") və Pedro Enrikeni (PAOK) heyətinə cəlb edib.
Geri qayıt