Əsas Səhifə > Fotoqalareya > Kavani PSJ və məşqçisi haqqında

Kavani PSJ və məşqçisi haqqında


9-05-2018, 13:53


"Gələcəyim PSJ ilə bağlıdı. Buna şübhəm yoxdu. Yaxşı, eyni zamanda gərgin bir mövsüm geridə qaldı. Belə anlardan zövq almalıyıq. Azarkeşlərdən razıyam və burada olmaqdan məmnunam". Bu sözlər son günlər PSJ-ni tərk edəcəyi barədə xəbərlər çıxan Edinson Kavaniyə məxsusdu.

Fransa kuboku zəfərinə toxunan uruqvaylı futbolçu baş məşqçi Unai Emeriyə təşəkkürünü bildirməyi də unutmayıb: "Fransa kubokunu dörd il ardıcıl qazanmaq PSJ-nin tarixi adına önəmlidi. Biz kluba titullar qazandırmaq üçün buradayıq. Unai Emeriyə minnətdarlığımı bildirmək istəyərdim. O, PSJ naminə hər şeyini qurban verdi".

PSJ Fransa kubokunun finalında "Le Arbye" komandasını 2:0 hesabı ilə məğlub edərək, 12-ci dəfə sözügedən titula sahib çıxıb.

Qeyd edək ki, dünya idman mətbuatında Edinson Kavaninin "Atletiko"ya keçmək adına hətta maaşında endirimə getməyə hazır olduğu yazılmışdı.
Geri qayıt