Əsas Səhifə > Fotoqalareya > Torresə Amerikadan "elçilər" gəlib

Torresə Amerikadan "elçilər" gəlib


6-05-2018, 14:59


Mövsümün sonunda “Atletiko”dan ayrılacağını açıqlayan Fernando Torresin yeni klubu müəyyənləşmək üzrədir.

“AS” nəşrinin yaydığı məlumata görə, ispaniyalı hücumçu ABŞ-ın “Çikaqo” klubuna keçməyə hazırlaşır. Hazırda Madriddə olan klub nümayəndələrinin keçidin son detallarını müzakirə etdikləri bildirilib.

Qeyd edək ki, bu mövsüm “Atletiko”da 41 oyun keçirən Torres 8 qol vurub.
Geri qayıt