Əsas Səhifə > Fotoqalareya > Türkiyə Futbol Federasiyasından “Beşiktaş”a ağır cəza

Türkiyə Futbol Federasiyasından “Beşiktaş”a ağır cəza


5-05-2018, 17:03


“Fanatik”in yaydığı xəbərə görə, “Fənərbaxça” ilə kubokun yarımfinalının cavab oyununa çıxmaqdan imtina edən İstanbul klubuna texniki məğlubiyyət verilib. Bununla da “Fənərbaxça” finala yüksəlib.

TFF həmçinin, “Beşiktaş”ın gələn mövsüm kubok oyunlarında iştirakına qadağa qoyub.

Xatırladaq ki, “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb. Cavab görüşündə isə məlum qalmaqaldan sonra oyun yarımçıq dayandırılıb. TFF matçın yarımçıq qaldığı yerdən - 57-ci dəqiqədən etibarət azarkeşlərsiz davam etdirilməsinə qərar versə də, “Beşiktaş” oyuna çıxmaqdan imtina edib.
Geri qayıt