Əsas Səhifə > Fotoqalareya > Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bəlli olub
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bəlli olubDünən, 17:02 |
![]() UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, Azərbaycan klublarının da bu raunddakı potensial rəqibləri müəyyənləşib. “Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan” isə Yunanıstan təmsilçisi “Aris”i mübarizədən kənarlaşdıracağı halda "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək. “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün üstünü ilə münasibətlərini aydınlaşdıracaq. Geri qayıt |