Əsas Səhifə > Fotoqalareya > Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar

Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar


5-08-2024, 13:36


Stolüstü tennisçilər Xədicə Babazade və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

BrendSport.az
xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.

“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək toplanışın sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.
Geri qayıt