Əsas Səhifə > Fotoqalareya > Patrik Vieyra "Arsenal"a baş məşqçi gətirilir?

Patrik Vieyra "Arsenal"a baş məşqçi gətirilir?


20-04-2018, 18:03


"Arsenal"ın yeni baş məşqçisinin adı bu gün açıqlana bilər. Bu barədə "The Sun" məlumat yayıb. Klubun icraçı direktoru İvan Qazidisomun bu gün Bakı vaxtı ilə saat 20:00-da keçirəcəyi iclasda yeni baş məşqçinin adını açıqlaya biləcəyi vurğulanıb.

"The Mirror" qəzeti isə yazıb ki, London klubunun yeni baş məşqçisi "Nyu-York Siti"nin çalışdırıcısı Patrik Vieyra ola bilər.

Qeyd edək ki, P.Vieyra futbolçu karyerası ərzində 1996-2005-ci illərdə London təmsilçisinin şərəfini qoruyub.

Xatırladaq ki, “Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün sonu tutduğu vəzifəni tərk edəcəyini açıqlayıb.
Geri qayıt