Əsas Səhifə > Fotoqalareya > Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək


6-05-2024, 16:06

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
Geri qayıt