Əsas Səhifə > Fotoqalareya > Emre Can "Yuventus"a transfer olunur

Emre Can "Yuventus"a transfer olunur


8-04-2018, 14:02


"Yuventus" növbəti transferini həyata keçirməyə yaxındı.

Turinlilər "Liverpul"un futbolçusu Emre Canı heyətinə qatır. Bu barədə klubun İdarə Heyətinin rəhbəri Beppe Marotta açıqlama verib.

O qış fasiləsində ala bilmədikləri futbolçunun keçidinin tezliklə baş tutacağını söyləyib: "Emre Can məsələsi yaxın 10 gün ərzində öz həllini tapacaq. Əlbəttə, qarşısındakı fürsətləri dəyərləndirəcək. Ondan cavab gözləyirik".

"Liverpul" Almaniya milisinin türk əsilli ulduzunu 2014-cü ildə "Bavariya"dan 12 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 28 milyon avro qiymət qoyduğu 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 37 rəsmi matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Geri qayıt