Əsas Səhifə > Fotoqalareya > Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

Stolüstü tennisçilər Türkiyəyə yollanıblar


10-04-2024, 17:25

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız bu gün Türkiyəyə yola düşüb.

BrendSport.az
xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacağı təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.
Geri qayıt