Əsas Səhifə > Fotoqalareya > Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında


9-04-2024, 16:00


BrendSport.az xəbər verir ki, stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. O, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək. Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək. İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.
Geri qayıt