Əsas Səhifə > Fotoqalareya > Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb


15-02-2024, 22:01


Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan öncə çıxış etmiş millinin digər üzvü Mariya Stadnik də (50 kiloqram) qızıl mükafatın sahibi olub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Geri qayıt