Əsas Səhifə > Fotoqalareya > Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib
Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib21-12-2023, 11:43 |
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib. BrendSport.az xəbər verir ki, 1/4 final mərhələsinin son görüşlərinin ardından daha 5 çəkidə mübarizəni davam etdirən boksçular bilinib. Azərbaycan millisinin 6 üzvü çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar ən azı bürünc medalı təmin ediblər. Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinalın 26 görüşü olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək. 1/4 final 57 kq Tağı Nəsibov (Azərbaycan) – Elbrus Kərimli (Azərbaycan) 5:0 Ruslan Ruşanov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) 5:0 Adam Macidov (Rusiya) – Maqomedrasul İbrahimov (Rusiya) 0:5 63,5 kq Səid Yunusov (Özbəkistan) – Janqir Aldaberqenov (Qazaxıstan) 5:0 Mehrab Abbasov (Azərbaycan) – Muhammed Miniqbayev (Tacikistan) 3:1 Ruslan Qafurov (Tacikistan) – Saken Yermek (Qazaxıstan) 5:0 Renat Krepştul (“Röyal” klubu, Litva) – İbrahim Zeynalov (Azərbaycan) 3:2 67 kq Hüseyn Hacıyev (Azərbaycan) – Rustamjon Aşurov (Tacikistan) 4:1 Rövşən Abbasov (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Dias Serikuli (Qazaxıstan) – Ayxan Zeynallı (Azərbaycan) 5:0 Torexan Sabirxan (Qazaxıstan) – Abdulla Çerqesov (Rusiya) 5:0 80 kq Şamil Saqidoldayev (Qazaxıstan) – İlfan Xəlilli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Hüseyn Hüseynli (Azərbaycan) – Cavohir Mexriddinov (Özbəkistan) 0:5 Feras Salem (Səudiyyə Ərəbistanı) – Şamil Nəcəfov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Tunar Cəfərov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib Geri qayıt |