Əsas Səhifə > Fotoqalareya > “Avro-2024”: Azərbaycan millisi üçün tarixi şans, daha üç ölkə final mərhələsinə yüksələcək
“Avro-2024”: Azərbaycan millisi üçün tarixi şans, daha üç ölkə final mərhələsinə yüksələcək20-11-2023, 09:18 |
Bu gün “Avro-2024”ün seçmə mərhələsində X turun növbəti oyunları keçiriləcək. BrendSport.az xəbər verir ki, bununla da daha üç ölkə qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaq. C qrupunda Ukrayna millisi İtaliyanı qonaq edəcək. Avropa çempionatına yollanmaq üçün italiyalıları heç-heçə də qane edəcək. Ukraynalılar isə final mərhələsinə çıxmaq üçün mütləq qalib gəlməlidirlər. E qrupunda isə Çexiya – Moldova görüşü prinsipial xarakter daşıyır. Qonaqlar qitə birinciliyində iştirak etmək üçün səfərdə qələbə qazanmalıdırlar. H qrupunun əsas oyunu isə Sloveniya və Qazaxıstan yığmaları arasında olacaq. Bu qarşılaşmada meydan sahiblərinə heç-heçə də kifayət edəcək. Qazaxıstan seçməsi isə qrup ikincisi olmaq üçün rəqibini məğlub etməlidir. Bu matçın nəticəsi Azərbaycan millisini də yaxından maraqlandırır. Qazaxıstan yığması seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazansa, Azərbaycan UEFA Millətlər Liqasında pley-off oynamaq hüququ əldə edəcək. “Avro-2024”, seçmə mərhələ X tur 20 noyabr C qrupu 23:45. Şimali Makedoniya – İngiltərə 23:45. Ukrayna – İtaliya Xal durumu: İngiltərə - 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0. E qrupu 23:45. Albaniya – Farer adaları 23:45. Çexiya – Moldova Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1. H qrupu 23:45. Şimali İrlandiya – Danimarka 23:45. San Marino – Finlandiya 23:45. Sloveniya – Qazaxıstan Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino - 0. Geri qayıt |