Əsas Səhifə > Fotoqalareya > Zaur Mikayılov xüsusi mükafata layiq görülüb

Zaur Mikayılov xüsusi mükafata layiq görülüb


13-11-2023, 14:39

Stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakim Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

BrendSport.az
xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub. Qeyd edək ki, 2010-cu ildən beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi nüfuzlu yarışlarda ədalət təmsilçisi olub. Təcrübəli mütəxəssis həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.
Geri qayıt