Əsas Səhifə > Fotoqalareya > Azərbaycan cüdoçuları II Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar
Azərbaycan cüdoçuları II Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar8-11-2023, 16:17 |
Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar. BrendSport.az xəbər verir ki, milli üzvləri 2 qızıl, 1 gümüş, 4 bürünc medala yiyələniblər. Südabə Ağayeva (70 kq) və Camal Feyziyev (+100 kq) Universiadanın qalibi olublar. Elnarə Rəşidova (+78) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İlkin Baxşəliyev (100 kq) və Nihad Şıxəlizadə (90 kq) isə üçüncü yeri tutublar. Geri qayıt |