Əsas Səhifə > Fotoqalareya > "Yuventus" Hövedesi də rənglərinə bağladı

"Yuventus" Hövedesi də rənglərinə bağladı


30-08-2017, 21:58


"Şalke"nin futbolçusu Benedikt Hövedesin "Yuventus"a keçidi rəsmiləşib.

Klubun saytının yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi bu mövsüm icarə əsasında Turin təmsilçisində çıxış edəcək. "Yuventus" icarə haqqı olaraq 3 milyon 500 min avro ödəyəcək.

Əgər alman oyunçu İtaliya klubunda ən azı 25 rəsmi matçda iştirak etsə, "Yuventus" mövsümün sonu 13 milyon avro ödəyərək B.Hövedesi birdəfəlik almalı olacaq.
Geri qayıt