Əsas Səhifə > Fotoqalareya > Azərbaycan millisinin daha dörd voleybolçusu ölkə xaricində çıxış edəcək

Azərbaycan millisinin daha dörd voleybolçusu ölkə xaricində çıxış edəcək


5-10-2023, 16:36

Azərbaycan millisinin daha dörd voleybolçusu 2023/2024-cü illər mövsümündə ölkə xaricində çıxış edib.

BrendSport.az
xəbər verir ki, kişi voleybolçulardan ibarət yığmanın üzvü Andrey Vasilenko Səudiyyə Ərəbistanının “Alhedaya” komandasına keçib.

Qadın voleybolçulardan ibarət yığmanın kapitanı Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun formasını geyinəcək.

Yelizaveta Ruban Rumıniyanın “CSM Lugoj”, Polina Rəhimova isə Vyetnamın “Duc Giang” komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, Azərbaycan millisinin digər üzvləri - Marqarita Stepanenko (“Svitelski-Bekesçaba”, Macarıstan), Kristina Besman (“Yenisey Krasnoyarsk”), Anastasiya Mertsalova (“Severstal Çerepovets”, hər ikisi Rusiya) və Nikalina Başnakova (“Pallavolo Vallekamonikan”, İtaliya) da yeni mövsümdə legioner həyatı yaşayacaq.
Geri qayıt