Əsas Səhifə > Fotoqalareya > Zidan Beylin transfer olunacağına aydınlıq gətirdi

Zidan Beylin transfer olunacağına aydınlıq gətirdi


24-02-2018, 14:57
Zidan Beylin transfer olunacağına aydınlıq gətirdi

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib.

İspaniya mətbuatının yaydığı məlumata görə, o, uelsli yarımmüdafiəçinin komanda üçün əhəmiyyətli oyunçu olduğunu deyib.

"Beyl həmişə "Real" üçün vacib oyunçu olacaq. O, optimal formaya qayıtmaq üzrədir. Bütün klublarda müxtəlif səbəblərə görə digər futbolçular meydana çıxırlar. Hər gün məşq edib az oynayan oyunçular var. Bununla belə, onlar mənə lazımdırlar. Beyl komandanın əsas futbolçularından biridir. Mən ona güvənirəm" - deyə Zidan Beyli satacaqları barədə iddiaları təkzib edib.

O bildirib ki, Beyli az oynatmasının səbəbi 100 faiz hazır olmağını gözləməkdir: "Onun yenidən zədələnməsini istəmirəm. Əminəm ki, Beyl komandada mühüm rol oynayacaq".
Geri qayıt