Əsas Səhifə > Fotoqalareya > Poçettinonu "Real"ın məşqçi postuna gətirilir

Poçettinonu "Real"ın məşqçi postuna gətirilir


27-01-2018, 13:44
Poçettinonu "Real"ın məşqçi postuna gətirilir

"Real" rəhbərliyi son uğursuzluqları nəzərə alaraq İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettinonu baş məşqçi vəzifəsinə təyin etmək imkanını nəzərdən keçirir.

"Daily Mail" və İspaniyada bəzi mətbu orqanlarının məlumatına görə, Madrid klubunun nümayəndələri argentinalının ətrafı ilə əlaqə yaradıblar və mütəxəssis "Real"da işləməkdə maraqlıdır.

Poçettinonun London klubu ilə sazişi 2021-ci ilə qədər nəzərdə tutulub və əməkdaşlığın vaxtından əvvəl dayandırılmasını nəzərdə tutmur. Odur ki, məşqçi komanda sahibi Daniel Levini onu İspaniyaya buraxmağa razı salmalıdır. Eyni zamanda "Tottenhem"mütəxəssislə yollarını ayırmağa hazır deyil. Çünki "Hotspur"un əsas oyunçular hesab edilən Harri Keyn, Dele Alli və Uqo Lyorisi komandada saxlaması birbaşa Poçettinonun klubda uzunmüddətli gələcəyi ilə əlaqəlidir.
Geri qayıt