Əsas Səhifə > Fotoqalareya > Taekvondo üzrə Abşeron rayon açıq birinciliyi

Taekvondo üzrə Abşeron rayon açıq birinciliyi


21-01-2018, 21:34


Taekvondo idman növü üzrə Abşeron rayon açıq birinciliyi keçirilmişdir.

BrendSport.az saytı xəbər verir ki, turnirdə Abşeron, Xırdalan, Ruslan, Şamaxı rayon Sabir qəsəbə, Şamaxı şəhər, Nardaran, Maştağa, Yardımlı, Quba və Sumqayıt Təhsil komandalarından 120 nəfər iştirak edib.

Tədbirə dəvət olunmuş fəxri qonaqlar arasında iki nəfər 3-cü dan qara kəmər sahibi, üç nəfər 4-cü dan qara kəmər sahibi də öz yerlərini alıblar.

Qeyd edək ki, yarış Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.

Abşeron rayonu üzrə məşqçi-müəllim Azər Süleymanovun fikirlərini öyrəndik:
- Yarışı təşkil etməkdə əsas məqsədimiz 2018-ci ildə Respublika çempionatına hazırlıqdır. Çalışırıq ki, taekvondoçularımızı belə yarışlarda sınaqlardan keçirək.

Alxas Məmmədov









Geri qayıt