Əsas Səhifə > Fotoqalareya > Moldova səfiri: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb
Moldova səfiri: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb24-04-2023, 08:00 |
Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edən ölkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb. BrendSport.az xəbər verir ki, görüşdən sonra səfir dünya kuboku yarışları barədə təəssüratlarını bölüşüb. Səfir yarışın yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. O deyib ki, Bakıda ən müasir dünya standartlarına uyğun tikilmiş gimnastika arenası mövcuddur. Təəssüf ki, Moldovada belə şəraitimiz yoxdur. Lakin təbii ki, idmanın, o cümlədən gimnastikanın inkişafına çalışırıq. Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb. Bu, yeganə idman qurğusu deyil. Azərbaycan rəhbərliyi tərəfindən idmanın inkişafına xüsusi diqqət yetirilir. Bundan əvvəl cüdo yarışlarını da izləmişəm. Etiraf edim ki, cüdo həvəskarı olsam da, dünya kuboku yarışlarında iştirakımdan sonra gimnastlara da azarkeşlik edəcəyəm. Çünki gimnastika növü öz gözəlliyi ilə xüsusi fərqlənir. Geri qayıt |