Əsas Səhifə > Fotoqalareya > Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir22-04-2023, 11:47 |
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir. BrendSport.az xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparır. Turnirin ikinci günündə fərdi gimnastlar gürzlər və lent ilə, qrup hərəkətləri komandası isə 3 lent və 2 topla çıxış edəcəklər. Aprelin 23-dək davam edəcək turnirdə gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar. Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edirlər. Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib. Geri qayıt |