Əsas Səhifə > Fotoqalareya > Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından deportasiya oluna bilər

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından deportasiya oluna bilər


21-04-2023, 10:00


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu bu ölkədən deportasiya oluna bilər.

BrendSport.az
xəbər verir ki, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

38 yaşlı hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil sosial şəbəkə hesabında paylaşım edərək, Ronaldunu məhkəməyə verdiyini açıqlayıb: "Onun hərəkəti cinayət və əxlaqsızlıqdır. Həbs olunması və deportasiya edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Kriştianu Ronaldu "Əl-Nəsr"ə ötən ilin dekabrında keçib.
Geri qayıt