Əsas Səhifə > Fotoqalareya > Azarın kiçik qardaşı da "Çelsi"yə gəldi

Azarın kiçik qardaşı da "Çelsi"yə gəldi


30-08-2017, 10:25


İngiltərənin "Çelsi" klubu növbəti transferini gerçəkləşdirib.

London klubu, son İngiltərə çempionu Eden Azarın kiçik qardaşını - Kilian Azarı alıb. Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb.

Macarıstanın "Uypeşt" klubundan transfer edilən 22 yaşlı futbolçu da hücumameylli yarımmüdafiəçi kimi çıxış edir.

Kilian peşəkar karyerasına Belçikada başlayıb. Öncə "Uayt Star" klubunda çıxış edən futbolçu daha sonra "Zulte Varegem"ə üz tutub. "Çelsi"nin məşhur hücumçudu Eden Azarın kiçik qardaşı "Uypeşt"də 2015-ci ildən çıxış edirdi.
Geri qayıt