Əsas Səhifə > Dünya idmanı > İngiltərə Premyer Liqasında laynsmen "Liverpul"un futbolçusunu dirsəklə vurub
İngiltərə Premyer Liqasında laynsmen "Liverpul"un futbolçusunu dirsəklə vurub10-04-2023, 09:03 |
İngiltərə Premyer Liqasının “Liverpul” – “Arsenal” matçının ilk yarısının sonunda “qırmızılar”ın müdafiəçisi Endrü Robertson laynsmen Konstantin Xatsidakisi boğazına dirsəklə vurmaqda ittiham edib. BrendSport.az xəbər verir ki, aşağı keyfiyyətdə də olsa, oyundan sonra yayımlanan fotolar, həqiqətən də, dirsək hərəkətinin olduğunu ortaya çıxarıblar. Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib: “Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”. İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” (PGMOL) hadisəni araşdırdığını bildirib: “PGMOL “Enfild”də keçirilən “Liverpul” – “Arsenal” matçının fasiləsində köməkçi hakim Konstantin Xatsidakis və “Liverpul” müdafiəçisi Endrü Robertsonla bağlı insidentdən xəbərdardır. Oyun başa çatdıqdan sonra bu məsələyə ətraflı baxacağıq”, - açıqlamada vurğulanıb. Xatırladaq ki, aprelin 9-da baş tutan “Liverpul” – “Arsenal” matçında “qırmızılar” ard-arda iki cavabsız top buraxsa da, oyunda geridönüş edə biliblər – 2:2. Beləliklə, “topçular”ın liqada 7 oyunluq qələbə seriyasına son qoyulub. Geri qayıt |