Əsas Səhifə > Dünya idmanı > UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb
UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb17-03-2023, 16:30 |
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə bu mərhələdə qarşılaşacaq komandalar müəyyənləşib: “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) “Bayer” (Almaniya) – “Union” (Belçika) “Feyenoord” (Niderland) – “Roma” (İtaliya) Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq. Geri qayıt |