Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqası: “Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazanıblar
UEFA Çempionlar Liqası: “Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazanıblar16-03-2023, 08:01 |
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub. BrendSport.az xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə dörddəbir finalın bütün iştirakçıları müəyyənləşib. “Real Madrid” klubu “Liverpul”u qəbul edib. Oyunda Madrid təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Komandalar arasında İngiltərədə keçirilən ilk matç “Real Madrid”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər matçında isə “Ayntraxt” (Frankfurt) klubu İtaliyada “Napoli”nin qonağı olub. Üstün oyun nümayiş etdirən Neapol təmsilçisi rəqibini üç cavabsız qolla məğlub edib – 3:0. Komandalar arasında ilk qarşılaşmada “Napoli” 2:0 hesablı qələbə qazanıb. Beləliklə, “Real Madrid” və “Napoli” klubları növbəti mərhələyə vəsiqə qazanıblar. Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları dörddəbir finala yüksəliblər. Geri qayıt |