Əsas Səhifə > Dünya idmanı > Erlinq Haaland “Mançester Siti”nin tarixinə düşüb
Erlinq Haaland “Mançester Siti”nin tarixinə düşüb15-03-2023, 12:25 |
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Leyptsiq"lə oyunda (7:0) penta-trik etməklə rekordlar qırıb. BrendSport.az xəbər verir ki, norveçli forvard mövsüm ərzində vurduğu qolların sayını 39-a çatdırıb. Bununla da o, Mançester təmsilçisinin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub. Haaland 1928-1929-cü il mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonun rekordunu yeniləyib. "Opta"nın məlumatına görə, Haaland, həmçinin Çempionlar Liqasında 30-dan çox qol vurmağı bacaran ən gənc futbolçu olub. O, buna 22 yaş 236 günlüyündə nail olub. Geri qayıt |