Əsas Səhifə > Dünya idmanı > Ekvador yığması Feliks Sançesə tapşırılıb

Ekvador yığması Feliks Sançesə tapşırılıb


13-03-2023, 17:30
Ekvador yığması Feliks Sançesə tapşırılıb

Futbol üzrə Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib.

BrendSport.az xəbər verir ki, komanda Feliks Sançesə tapşırılıb.

Qırx yeddi yaşlı ispaniyalı mütəxəssislə üçillik müqavilə imzalanıb. Onun qarşısına komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına çıxarmaq məqsədi qoyulub.
Xatırladaq ki, F.Sançes son olaraq Qətər yığmasını çalışdırıb. O, ötən il Qətərdə təşkil olunan mundialdan sonra bu komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib.
Geri qayıt