Əsas Səhifə > Dünya idmanı > “Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib


6-03-2023, 17:58
“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

“Barselona” futbol klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqaviləni yeniləyib.

BrendSport.az
xəbər verir ki, yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq.

Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.

Futbolçu “Barselona”nın öz yetirməsidir. O, 2010-2011-ci il mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.
Geri qayıt