Əsas Səhifə > Dünya idmanı > Avropa Liqasında səkkizdəbir finalçılar müəyyənləşib
Avropa Liqasında səkkizdəbir finalçılar müəyyənləşib24-02-2023, 08:27 |
Fevralın 23-də UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinə yekun vurulub. BrendSport.az xəbər verir ki, ilkin olaraq "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar. Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib. Bu komandalardan əlavə, “Roma”, “Mançester Yunayted”, “Union” (Berlin) və “Şaxtyor” da Avropa Liqasında mübarizələrini davam etdirəcəklər. Belə ki, “Mançester Yunayted” səfərdə heç-heçə (2:2) etdiyi “Barselona”nı öz meydanında 2:1 məğlub edərək adını səkkizdəbir finala yazdırıb. “Roma” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zaltsburq”dan üstün olub – 2:0. “Union” “Ayak”sı mübarizədən kənarlaşdırıb – 3:1. “Şaxtyor” öz meydanında rəqibini 2:1 hesabı ilə məğlub etsə də, səfərdə eyni hesabla uduzub. On bir metrlik zərbələrdə daha dəqiq olan “Şaxtaçılar” səkkizdəbir finala yüksəliblər. Geri qayıt |