Əsas Səhifə > Dünya idmanı > Terim “Qalatasaray”a görə Bosniya və Herseqovina millisinə "yox" dedi

Terim “Qalatasaray”a görə Bosniya və Herseqovina millisinə "yox" dedi


9-12-2017, 10:57


Fatih Terim Bosniya və Herseqovina millisinin “sükanı arxası”na keçməyəcək. Bu barədə məlumatı yerli mətbuat yayıb.

Bildirilir ki, türkiyəli mütəxəssis federasiya rəsmilərinin təklifinə mədəni şəkildə “yox” cavabını verib. Buna səbəb kimi isə onun tezliklə “Qalatasaray”ın baş məşqçisi postuna keçəcəyi göstərilib. Belə ki, “cim-bom”un hazırkı çalışdırıcısı İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidi.
Geri qayıt