Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqası: Fredrik Aursnes həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqası: Fredrik Aursnes həftənin ən yaxşı futbolçusu seçilib


17-02-2023, 23:01
UEFA Çempionlar Liqası: Fredrik Aursnes həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

BrendSport.az
xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” klubunun futbolçusu Fredrik Aursnes layiq görülüb.

Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliyanın “Milan” komandasından Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Geri qayıt