Əsas Səhifə > Dünya idmanı > Taekvondoçularımız Gürcüstanın açıq çempionatında uğurla çıxış ediblər

Taekvondoçularımız Gürcüstanın açıq çempionatında uğurla çıxış ediblər


6-12-2017, 22:47


Dekabrın 1-dən 3-dək Gürcüstanın Tbilisi şəhərində taekvondo üzrə Gürcüstanın Açıq çempionatı keçirilib.

BrendSport.az saytının "Gömrükcü" İdman Klubuna istinadən verdiyi məlumata görə, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu məşqçilər Müqabil Məmmədov və Vurğun Cəfərovun rəhbərliyi altında taekvondoçular təmsil ediblər.

İdmançılarımızdan Saməddin Əliyev (80 kq) böyüklər, Ayaz Qənbərli (51 kq) və Cavid Məmmədov (58 kq) gənclər, Nihad Abbasov (49 kq) uşaqlar arasında keçirilən yarışlarda çempion adını qazanıblar. Taleh Süleymanov (68 kq) gənclər arasında gümüş medal əldə edib. Vüqar Abdullayev (58 kq) böyüklər, Rüstəm İbrahimzadə (45 kq) və Xanoğlan Kərimov (48 kq) gənclər arasında bürünc medallara sahib çıxıblar.



Alxas Məmmədov
Geri qayıt