Əsas Səhifə > Dünya idmanı > Türkiyə millisinin sabiq üzvü dünya çempionatında geyindiyi formanı hərraca çıxarıb
Türkiyə millisinin sabiq üzvü dünya çempionatında geyindiyi formanı hərraca çıxarıb16-02-2023, 09:20 |
Türkiyə millisinin sabiq üzvü İlhan Mansız ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün 2002-ci ildə keçirilmiş dünya çempionatının dörddəbir final mərhələsində Seneqalla matçda geyindiyi formanı hərraca çıxarıb. BrendSport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında yazıb. İlhan Mansız formanın ilkin qiymətinin 1 milyon türk lirəsi olduğunu bildirilib. Forma satışından əldə olunan gəlir zərərçəkənlərə dəstək üçün ayrılacaq. Qeyd edək ki, Koreya Respublikası və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında Seneqal – Türkiyə oyununun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda fərqlənən İ.Mansız komandasının qələbə qolunu vurub – 1:0. Geri qayıt |