Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqası: “Borussiya” “Çelsi”yə, “Benfika” isə “Brügge”yə qalib gəlib
UEFA Çempionlar Liqası: “Borussiya” “Çelsi”yə, “Benfika” isə “Brügge”yə qalib gəlib16-02-2023, 09:18 |
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsi davam edir. İkinci oyun günündə daha iki matç keçirilib. BrendSport.az xəbər verir ki, Almaniyada Dortmund “Borussiya”sı “Çelsi” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə “Benfika” (Portuqaliya) Belçika “Brügge”sinin qonağı olub. Bu görüşdə “Benfika” 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək. Qeyd edək ki, səkkizdəbir finalın ilk oyun günündə Almaniya “Bavariya”sı Fransada PSJ-yə, İtaliya “Milan”ı isə evdə İngiltərə “Tottenhem”inə 1:0 hesabı ilə qalib gəlib. Geri qayıt |