Əsas Səhifə > Dünya idmanı > "Real"dan Türkiyəyə dəstək planı

"Real"dan Türkiyəyə dəstək planı


14-02-2023, 19:51


"Real" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün xeyriyyə oyunu təşkil etməyə hazırlaşır.

BrendSport.az
xəbər verir ki, bu barədə AS məlumat yayıb. Xeyriyyə oyunu İspaniyanın paytaxtı Madriddə olacaq. Hazırda görüş üçün "Santyaqo Bernabeu" və ya "Vanda Matropolitano" arenasının uyğunluğu araşdırılır.

Xeyriyyə oyununda həm "Real"da, həm də Türkiyə Superliqası klublarında forma geyinmiş keçmiş futbolçular da yer almaq istəyirlər. Onların arasında Quti Ernandes, Roberto Karlos kimi məşhurlar da var.

Bildirilir ki, "Real" oyunun təşkili üçün "Atletiko", "Rayo Vallekano" və "Xetafe" ilə də danışıqlar aparacaq.

Oyundan əldə olunan ümumi gəlir Türkiyəyə göndəriləcək.

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb.
Geri qayıt