Əsas Səhifə > Dünya idmanı > İslam ölkələrində qadınların idmanda daha fəal iştirakı ilə bağlı forum təşkil edilib
İslam ölkələrində qadınların idmanda daha fəal iştirakı ilə bağlı forum təşkil edilib14-02-2023, 19:29 |
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı ilə keçirilən “Qadınlar idmanda” Forumunda müsəlman aləmində zərif cinsin nümayəndələrinin idmanın inkişafında daha fəal iştirakı ilə bağlı müzakirələr aparılıb. BrendSport.az xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik İslam ölkələrində qadınların təhsil və elm sahələri ilə yanaşı, idmanda da fəal iştirakı istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, bu yaxınlarda keçirilən ICESCO marafonunda bir sıra müsəlman ölkələrinin təmsilçiləri, o cümlədən qadınlar fəal iştirak ediblər. Baş direktor əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat Gənclərin Beynəlxalq İdman Könüllüləri Proqramını həyata keçirəcək. Forum iştirakçılarına müraciət edən FIFA-nın Baş katibi Fatma Samura İslam ölkələri qadınlarının idmana cəlb olunması ilə bağlı ilk dəfə keçirilən forumun əhəmiyyətini vurğulayıb, zərif cinsin nümayəndələrinin idmanın inkişafında rolu barədə mülahizələrini bölüşüb. O əlavə edib ki, müsəlman ölkələrinin komandaları qadınlar arasında futbol üzrə keçirilən dünya çempionatında daha çox təmsil olunmalıdır. Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzinin icraçı direktoru Massimiliano Montanari, Afrika Futbol Konfederasiyasının vitse-prezidenti Kanizat İbrahim, habelə Mərakeş, Misir, Seneqal və digər ölkələrin idman nazirləri qadın idmançıların dəstəklənməsi istiqamətində ICESCO ilə birlikdə həyata keçiriləcək proqram və layihələrdən bəhs ediblər. Geri qayıt |