Əsas Səhifə > Dünya idmanı > Liverpul bu gün “qırmızı”dır

Liverpul bu gün “qırmızı”dır


14-02-2023, 11:33
Liverpul bu gün “qırmızı”dır

Fevralın 13-də İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Mersisayd” derbisində “Liverpul” və “Everton” klubları qarşılaşıb.
Son vaxtlar heç də yaxşı günlərini yaşamayan komandaların qarşılaşmasında meydan sahibləri üstün olublar -2:0.

“Liverpul”un heyətində 36-cı dəqiqədə Məhəmməd Salah və 49-cu dəqiqədə Kodi Qakpo fərqləniblər.

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran Yürgen Kloppun yetirmələri turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıblar. “Everton” isə 18 xalla 18-cidir.
Geri qayıt